Reklam verin!

Təbriz ey qoca volkan nə yatmısan? Oyan

Azərbaycan mənim elim,Acərbaycan mənim dilim,Doğransam da dilim-dilim,Ana dilm ölən deyil,Başqa dilə dönən deyil

GÜLÜSTAN-Bəxtiyar Vahabzadə

altay     İyul 31, 2008 22:28

GÜLÜSTAN

Bəxtiyar Vahabzadə

1959

Azərbaycanın birliyi və istiqlaliyyəti
uğrunda çarpışan Səttar xan,
Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinə

I-ci Hissə

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər
.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".

1959
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 27     İyul 31, 2008 22:28    

QƏDİM TÜRKLƏRDƏ,TANRI İNANCI

altay     Dekabr 15, 2007 8:57
yazar: Ramazan Qafarlı

Qədim türk mifologiyasfında göyün ruhu – sahibinə Tanrı (altaylarda tenqri, tenqeri; şorslarda teqri; tuvinlərdə deer; çuvaşlarda tura; yakutlarda tanqara; monqollarda tenqer; buryatlarda tenqeri, tenqri; kalmıklarda tenqer; xakaslarda ter) deyilir. İlkin təsəvvürlərdə ilahi kişi başlanğıc kimi obrazlaşdırılır və kosmosun, yerin, təbiətin, insanların, xalqların və dövlətlərin taleyini müəyyənləşdirir. Altay, Orta Asiya türklərində və monqollarda Tenqri kultu bir-birindən fərqlənsə də eyni kökə malikdir. Məsələn, monqollarda tenqrilər ailəsi mövcuddur, onlar 17 göydə yaşayıb 33 hökmdarlığı idarə edirlər. Türk xaqanlığı çağlarında Qazağıstan ərazisində qadın başlanğıc sayılın məhsuldarılıq ilahəsi Umayla bir sırada Tenqriyə də daşdan heykəllər yonulurdu.

Azərbaycanda Tanrı şəklində xatırlanan yaradıcı haqqında erkən orta əsrlərə aid yazılı abidələrdə, klassiklərin əsərlərində rast gəlirik.

Bu sözün Azərbaycan və Yaxın Şərqdə yaşayan türklər arasında geniş işlənməsini göstərən faktlardan biri də Əndalusinin kitabıdır. Təsadüfi deyildir ki, sonralar islamı qəbul etmiş azərbaycanlılar ərəb dilindən götürdükləri «Allah» kəlməsi ilə yanaşı «tanrı»nı da işlətmişlər. Bu gün xalq arasında geniş yayılan bir çox inanclarda, alqış və qarğışlarda da çox hallarda «allah» sözünü «tanrı» əvəzləyir. Məsələn, «Allah qorusun» yerinə «Tanrı yardımçın olsun».

Sözün etimologiyasından bəhs açan tədqiqatçılar ehtimal edirlər ki, Mərkəzi Asiyanın mifologiyasında özünə yer alan «Tenqri» hunlardan (b. e. əvvəl III əsrdən və daha əski çağlardan) qalmadır. Ola bilsin ki, hunların dilində «göy» anlamını verən «çenli» (Azərbaycan türklərinin dilində «çənli», yəni səmanın tutqunluğu şəklində bu gündə işlənir. «Koroğlu» eposunda dağlıq yer, dumanlı, əlçatmaz, ünyetməz yüksəklik kimi obrazlaşan Çənlibel də əslində gen yaddaşından keçəmədir, Göy tanrısının məskəni mənasından doğmuşudur) ifadəsindən törəmişdir. Daha geniş paralellər aparanlar da var: çinlilərin «tyan», şumerlərin «dingir» ifadələri ilə müqayisə edənlər, ilk növbədə bu kəlməələrin hər üçün «göy» mənasını verməsinə əsaslanırlar. Lakin səsləşməsinə görə oxşarlıqlar tapmaq ona görə bir qədər çətindir ki, «tenqri» sözünün qədim yazıya alınma variantı Orxon-Yenisey daş kitabələrindən (VII yüzillik) aşağı getmir

Sibir xalqlarında tanrıların sayı fərqli şəkildə idi. Adətən, qam-şaman Göy Tanrının doqquz, ya da yeddi «oğlu»-«qızı» ilə sıx əlaqə saxladığını vurğulayır. Azərbaycanlılarda Günəş atanın dörd saçlı qızı – şüa, işıq, dolu, yağış; dörd də keçəl qızı – duman, bulud, şaxta, qar göstərilir. Oğlanları isə həddindən artıq idi: dağ, qaya, təpə, düzən. çay, dəniz və s. Maraqlıdır ki, hər iki Göy tanrısının vəzifəsi kainatı gəzib-dolaşmaq, səyahətlə gün keçirməkdir. Ona görə də onlara mifoloji strukturlarda «istirahətə çıxan, yaxud dincələn tanrılar» deyirdilər. Gün Atanın övladları və göydən yerə göndərilən nümayəndələri özü ilə müqayisədə daha aktiv fəaliyyətdə təsvir edilir. Onlar insanların əməllərinə nəzarət edir, ehtiyacı olanlara yardım göstərirdilər. Lakin Günəşin övladlarınin bir qismi babalarının səfərlərindən istifadə edib şər işlər törədirdilər. Ona görə də göyün aşağı təbəqəsinə aid yardımçı tanrılar iki qismə ayrılırlar: xeyirxahlıq edənlər və şərxislətlilər. Xaraktercə ikiyə bölünmə və qarşıdurmalar ilin qış fəslində baş verirdi. O səbəbə ki, Günəş tanrının yolu yerdən çox uzaq düşdüyündən bir müddət göyün aşağı qatlarına nəzarəti azalırdı

«Ay - oğlandı, Gün – qız. Ay Günü istəyirmiş. Hər gün onun dalınca gəzirmiş. Gün nə qədər eliyir, bu, əl çəkmir. Bir gün gənə Ay Günün dalıncax düşür. Gün qaçır, Ay da onun dalıncax. Gün baxır Ayın əlinnən qurtarmıyacax, əyilir yerdən bir oyuc palçıx götürüv atır onun üzünə. Ay əylənir, Gün çıxır gedir. O vaxtdan da Ayın üzündə ləkələr qalıf» [17, 36

yazının bütününü bu adresdə oxuyabilərsiz

http://www.azmif.net/cgi-bin/datacgi/database.cgi?file=az&report=singlearticle&articleid=00034

@};-

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 69     Dekabr 15, 2007 8:57    

Qızıldan olsa qəfəsim,Azadlığa var həvəsim

altay     Dekabr 13, 2007 11:42

bu gün ,daha doğrusu dünən azərin 21idi

doğrudan da fikirləşirəm ki görən bu kişilər kimidilər,pişəvərilə devtindəkilər kimidilər

azərbaycanın 100illərcə yetirdiyi bu beyinlər bir günün içində nə də rahatcasına asılıb-kəsildilər,ya seyid cəfər və sohrab tahir kimi sürgün(təbid) oldular,ya da səfərxan kimi dustaq(zindan)landılar

biz azərbaycan türkləri bu kişilərin ovladlarıyıq?axı mən bina inanabilmirəm.onların qeyrətləri və qeyrətlərindən daha çox düşüncələri bizlərə gəlib çatmayıb

bu günkü durumumuz 10 il qabağa göra çox irəli olsa da məncə heç də yaxşı deyil.bu xaraba ortadoğu(xavərmiyanə)nun durumuna baxıqda,deyirəm ki bizə hər nə gərəkir(lazimdi)ama bizim heç nəyimiz yox

hər zaddan çox dışarı(eşik)da güclü bir təşkilat ki neçəsi var ama onalrın arasında birlik yox

Quzey Azərbaycanda güclü və demokratik bir devlət ki bu bir dana heç də yox .özəllik(xususən)lə bu Əliyev şahlarının əlində olan bu ölkə gündən-günə irəli gedib, zənginləşsə də ama azərbaycan xalqının savadlanmasına qarşı dılar.neyləmək diktatorların da sayağı budu

içəridə xalqımızın oyanışı özəlliklə bu yaxın illərdə yaxşıdı ama yenə də kürd və erməni sorununa baxanda, biz çox dalı qalmışıq

Güclü mediya ama qorxarım bu da ...Günaztv də az çox var ama ona da ulaşmaq zor.iran içində dəki mediyaları da deməsəm yaxşıdı

Dünən bir konsertə getmişdim.gərçəkdən sevindim

musiqi grupu gec gəldi ama gözəl oldu.xırdaca bir qız çıxdı neçə dənə şer oxudu.elə coşdurdu ki camahatı.o qızın atasına giciyim gəldi.tehranda yaşıyasan ama uşağıva bucur tərbiyə verəsən,gərçəkdə eşq olsun onun ata anasına.onların daşı düşsün türk uşaqlarıla parca danışan ailələrin başına

o duzlu qız şəhidlərə gora bir şer oxudu səid muğanlıdan və nemət vuqardan da bir şer oxudu.nemətin şeri lap mənim ürək sözüm oldu:KÖNLÜMDƏ TƏK BİR SEVGİLİM VAR O DA:Azerbaycan: AZƏRBAYCANDI

bir xırda qıza da gələnəksəl(sünnəti) paltar geydirmişdilər.xalamın yadına düşdüm axı o qız elat paltarı geymışdı və şamaxı da örtmüşdü

aparıcılardan biri parsıdı.çıxdı dedi ki bağışlayın mən azəri bilmirəm ki biz də hoyladıx dedik azəri yox türkü o yenə də tikrarladı ama neçə kərə bu işi gördü sonunda azərbaycanı dedi ama köpeyoğlu türkü demədi.həmmə özü də bildi nə pox yeyib,başladı yaltaxlanmağa 

musiqi qrupu gəldi, neçə mahnı da oxundu ama mənə daha çox yapışan məhzuri adlı bir vokalistin senə çıxmasıdı.londonda yaşırmış və 15 il orada çeşidli dillərdə opera oxuyub dedilər

orda ayrılıq,evləri var ay aman xana xana və yalqızam yalqızı oxudu.sağolsun onu tanımıram ama öz sənətini iyi ifa etdi.hətta bir an Rəşid Behbudov ilə Lütfiyarın yadına düşdüm.neyliyim vokal eşqımdı

sonara neçə mahnı da oxundu və sonunda qarabağ şikəstəsi ilə azərbaycan mahnısın oxudular,tabi ki hamı da qalxdı ayağa və birgə oxundu

çox depresidim ama bu verliş məni toparladı bir az.şarj oldum

nə isə yenə labratordayam ether qoxusu hər yeri bürüyüb.hüşdən getməmiş bu yazıları qurtarmalı və tükan-bazarı bağlamalıyam

Qızıldan olsa qəfəsim,Azadlığa var həvəsim:Azerbaycan:

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 51     Dekabr 13, 2007 11:42    

arəş-kəmangir(parsların əfsanələr əsasında yaratdığı yalan tarix)

altay     Dekabr 3, 2007 17:55

il:1382 .əsgərliyə yeni getmişdim sanıram ilin dördüncü ayı idi.amuzeşdə idim .izin vermişdilər qayıtmışdım təbrizə.gecə yetişdiyim için uyuyabilmədim.dedim bi iranın tv-sinədə vurum görüm nəvar?nə yox

saat 2 olardı.kanal birə çevirdim.`TULU_E_MAH`adlı bir verlışıdı. aparıcını tanırdım,DARYUŞ ƏRCMƏND adlı bir artist

verliş neçə ay öncəninidi və yanılmasam qonaq DR.NƏVAYİ adlı bir iranlı tarixçidi

doktorun yeni öldüyü için bir daha da yayılırdı nə isə

ارجمند:آقای دکتر در مورد آرش کمانگیر و جریان تعیین مرز بین ایران و توران چه نظری دارید؟            

دکتر نوایی: آقای ارجمند ما باید واقعگرا باشیم نسل امروز و جوانان ما این حوادث را باید بطور علمی یاد بگیرند.

 - sizin fikiriniz arəş kəmangir və onun atdığı oxa gora nədir(parsların bir nağılı var ki arəş adlanan bir pars bir ox atıb ki 300 kilometrə gedib və iranla turanın sərhəddi ora olub)
-biz gənclərimizə bunları bilimsəl və elmi yoldan anlatmalıyıq

bunalrı eşitdiyimdə sevindim.özümlə dedim hətmən elmi yoldan,mənzuru budur kı bunlar hamısı ƏFSANƏdi və tarix bam-başqa ayrı bir zaddı

 

dedim nə əcəb iranda da biri tapıldı kı gərçəkləri söyliyə Təbəssüm ama

دکتر نوائی: آقای ارجمند من بررسی کردم و با خودم گفتم که قدرت بازوی یک انسان یا قدرت زه یک کمان در این حد نیست که بتواند یک تیر را 300-400 کیلومتر پرتاب کند.بعقیده بنده ایرانیان قدیم داخل این تیر را با یه جور مواد شمیایی پر کره بودند که بعد از پرتاب در هوا اتش گرفته و این تیر را تا فاصله 300-400 کیلومتری پیش برده است؟؟؟؟؟؟؟؟؟؟؟؟؟یه چیزی مثل موشکهای امروزی؟؟؟؟؟؟؟؟؟؟!!!!!!!!!!!!!!!!!!!!!!!!!                

ارجمند: آآآآ.وای.......... آقای دکتر یعنی مخترع موشک هم ما ایرانیان بودیم؟؟؟؟؟؟؟؟؟؟؟؟؟؟؟!!!!!!!!!!!!!!!!!

-bir insanın qolu ya da bir oxun kirişi oxu 300km atabilməz.o zamanlar biz iranlırar(parslar)bu oxun içini bir tür kimyasal maddələrlə doldurmuşduq ki bunlar alışıb və oxu 300 km uçurdub.bu günkü füzələr kimi

- vay doktor yanı füzəni də biz parslar yaratmışıq

gülməkdən sonra heç nə yapmaq olmaz,bu abtalığın qarşısında.mən də güldüm ama sonra dedim olsun tutalım ki barıtın yaradan çinlilər deyildilər və siz onlardan qabaq onu tapdınız..və hətta o qədər hüşlüsüz ki bu gün NASAnın bacarmadığı işi gördüz yanı bir maddə tapdız ki onu doldurdüz bir 200 girəmlik oxa. və bu ikiyüz gram xərci 300-400km üçürtdü. bu da yanlız nüklüər güc olabilər

انرژی هسته ای حق مسلم ماست

-(nüklüər güz bizim haqqımızdı,iran başçılarının bu günlər söylədikləri şuarlardan biri) 

ama yaxşı oğlan siz o oxun hara düşdüyünü hardan bildiz ki.gülüşümün səsinə əhməd qardaşım oyanıb dedi:əsgər dinmə yoxsa qorxaram ki bu FAŞİSTLƏR deyəllər elə o RADAR  Dil çıxardeyilən cihazı da biz o zaman yaratmışdıq

hala iranda bir yuniversitə doktoru əfsanə ilə tarixi ayırabilmir.vay olsun doktor olmayanlarının başına

hər millətin əfsanəsi olabilər parsların da var.arəş,kavə,firdosinin nağılları vb.ama bunlar hamısı nağıldı və bunlar əsasında tarıx yazanlar,yarın-birgün bilim adamlarına nə cavab verəcəklər

SUEZ KANALını daryuşun yapdığını eşıtmişdim,hətta təxte cəmşiddə uçaq ilə ufo rəsimlər olduğunu da düymüşdüm. muşək ya füzənın də parslar yapdığını öyrəndim.insan hər gün bir zad öyrənir daaaaaaaaa

sizcə babil,misir,mad və başqa mədəniyyətləri dağıdan biriləri bunuları yapabilərmi

nə isə saat 2 olur yenə.görən tulue mah vardı hələ dəəəəəəəə

laboratorumdayam vakoneşim bitmək bilmir..yorğunam ama dışarıdakı yağmur məni təbrizə götürür .orada da dəprəm gəlib hamı qorxub umarım kimsəyə bir zad olmasın

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 54     Dekabr 3, 2007 17:55    

özlədim

altay     Noyabr 27, 2007 8:20

çoxdandı yazmırdım

daha doğrusu yazmaq istəmirdim,işlərim o qədər bərbad ki

bu yazma-qaramaları yazdım

:Azerbaycan:siz də yazın ama lütfən öz dilimizdə

.

.

.

Yataqdayam

düşüncələrim darma-dağın

və önümdəki duvara aslanan bu puster

döyüşçü birinə ayid

ama həm də solçu-tam doğrusu leninçi

?bu günlər,gərçəkdən bizə nə gərəkir

?silahmı

?Qələmmi

?Ya hər ikisi

?Ölümmü

?Öldürməkmi

?Oysa yaşatmaq

.

Yan pəncərədən dırmaşır baxışım

Sudanlı bir qız,fars birilə qonuşmaqda

dişləri ağappaq,dodaqlarısa qara

həm də o qədər sakin ki,qızın dodaqları

gözlərilə qonuşur sankı

onların ortaq dillərisə

aralarında yalmanan pişikbalası

.

Metrodayam

insanlar deposu olmuş burası

çeşidli boyalar, çeşidli qafalar

ama hər kəs yorğun,həm də yetişmək fikrində

hara olursa olsun                                             

.

Kitabxanadayam

.arxamdakı qızlar buranı park sanmış ya da sinema

 noronlarına oturur pıçıltıları

yenə də evlənmək!!,bunların dərdi

önümdəki başlıq mənə heç də yaraşmır

...Handbook of polymer

heç də sevmədim bu qonuları

Bəlkə də yaşamın quralı budu

Özlədım, özgürcə sevməyi belə

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 59     Noyabr 27, 2007 8:20    

Biz Türklər

altay     Sentyabr 16, 2007 10:24

Biz Türklərin kökümüzün hardan olduğuna dair çeşidli fikirlər və araşdirmalar ortada. XX-ci yüzilin ilkin illərindən günəş nəzəriyyəsi ortaya çıxmışdır

burada türklərin tarixi sumerlərə qədər araşdırılır və sumer dilinin leksikoloji və morfoloji baxımlndan türk dililə bir olduğu ortaya çıxır

artıq bu bütün dünyaya sübut olunmuş bir zaddır,biz duymasaq belə

ama türklərin orta asya və altaylardan dünyaya yayılmaları qonusunda yeni araşdırmalar var,özəllilklə də Quzey azərbaycanda

bu araşdırmalar və konseptlər türklərin ən əski yurdlarının altay və orta saya deyil də,azrbaycan olduğunu deyir

yeni və bilimsəl bu konseptləri sizinlə paylaşmaq istərdim

proffesor Qəzənfər Kazimov

İran, rus, Avropa və bir sıra Azərbaycan dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu Azərbaycan ərazilərində türk tayfaları bizim eranın əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”, “irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar əsasında “müəyyən” edilməsinə səbəb olur.
Tarixi həqiqətin təhrifi bəşərin elmi şəkildə müəyyən edilmiş inkişaf yolunun təhrifindən başlayır. Uydurma konsepsiyaya görə, türklərin ilkin beşiyi Mərkəzi Asiya olmuş, türklər Altayda doğulmuş, Altayda artıb-çoxalmış, Avropa ərazilərinə, Cənubi Qafqaza və Ön Asiyaya oradan yayılmışlar. Bütün yanlış müddəalar buradan başlayır. Bu konsepsiyanın tərəfdarları hindavropalıların və sami tayfalarının yaşıdı olan türkləri cavanlaşdırmaq, “gənc xalqlar” sırasına daxil etmək üçün dəridən-qabıqdan çıxırlar. Guya türklərin tarixi hunlardan başlayır - hunlardan o tərəfə “türk” anlayışı yoxdur və s.
Arxeoloji və tarixi materiallar ulu dilin (ilk bəşər dilinin) harada meydana çıxdığını, dil ailələrinə harada təcrid olunduğunu, ilkin miqrasiyaların nə zaman və haradan başladığını öyrənmək üçün əsaslı material verdiyi halda, tarixçilərin yönü başqa səmtə düşmüşdür. Arxeoloji mədəniyyət çoxdan sübut etmişdir ki, bəşər sivilizasiyası və ümumiyyətlə hər şey, o cümlədən müasir insan tipinin əsas əlaməti olan dilin təşəkkülü, dialekt parçalanmaları və ilkin miqrasiyalar buradan - Ön Asiyadan başlamışdır. Başqa cür desək, bəşərin inkişaf yolu ilkin miqrasiyaların yönünün Şərqdən Qərbə deyil, Qərbdən Şərqə olduğunu, kimmerlərin, sakların, skiflərin, hunların Qərbə hərəkətinin onların neçə min il sonrakı geri miqrasiyası olduğunu göstərir.
Keçən onilliklərdə ən mühüm problem e.ə.III-I minilliklərdə Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin təhlili Azərbaycan aborigenlərinin türkdilli olduğunu sübut etmişdir.

Hələ keçən əsrin 70-80-ci illərində O.Süleymenov, T.Hacıyev, A.Məmmədov və başqaları tarixi aspektdə şumer-türk leksik araşdırmaları aparmaqla elmi ictimaiyyət arasında Azərbaycan türk dilinin qədimliyinə böyük maraq yaratdılar. Şərq tarixinin öyrənilməsində böyük xidmətləri olan Y.B.Yusifov sonrakı dövrlərdə bütün müqavimətləri qıraraq böyük cəsarətlə Azərbaycan türk tarixinin həqiqi mənzərəsini yaratdı. (“Azərbaycan tarixi”,1994) Onun yaradıcılığı e.ə.III minilliyin əvvəlindən - Aratta dövründən bu yana ölkəmizin ərazilərində türk etnoslarının, türk dövlətçiliyinin, türk tayfa dillərinin tarixi rolunu aşkara çıxarmaq baxımından zəngin elmi-nəzəri bilik verir. Qədim Şərq dillərinə yaxşı bələd olan Y.B.Yusifov Azərbaycan xalqının tarixini saxtalaşdıran konsepsiyanın güclü mühafizəçilərindən çəkinmədən uzun axtarışlar prosesində xalqımızın tarixi inkişaf yolunu düzgün işıqlandıran və akademik “Azərbaycan tarixi”nin (1998) uydurma konsepsiyasını əvvəlcədən uçurub-dağıdan həqiqi elmi tarix yaratdı. Bu tarix öz gerçəkliyi ilə oxucuda vətənpərvərlik duyğuları yaradır, xalqa onun keçmişini sevdirir. Təqribən eyni vaxtda eyni duyğu və düşüncələrlə meydana çıxan Q.Ə.Qeybullayev etimoloji araşdırmalarının zənginliyi ilə Y.B.Yusifovun aşkara çıxardığı elmi həqiqəti tam mə’nası ilə faktlaşdırmış oldu. Q.Ə.Qeybullayev lullubi, kuti, turukki, kassi, Manna, Mada, kimmer, skif, sak, alban, Atropatena xüsusi adlarının (etnonim, toponim və antroponimlərin) böyük bir qismini bir lay şəklində mənşə araşdırmalarına cəlb edərək türk dilinin Ön Asiyadakı qədimliyini görmək istəməyənləri əsaslı faktlar qarşısında qoydu. İlk dəfə olaraq Q.Ə.Qeybullayev e.ə.III-II minilliklərdə və daha qədim dövrlərdə Azərbaycan ərazilərində məskunlaşmış türk tayfalarının, demək olar ki, hamısının Orta və Mərkəzi Asiyada sonrakı minilliklərdə yaşamış eyniadlı bölümlərini müəyyənləşdirməklə ilkin miqrasiyaların yolunu praktik şəkildə aydınlaşdırdı və Xəzərin şərqindən Çin hüdudlarına qədər məskunlaşaraq Mərkəzi Asiyada artıb-çoxalan, böyük Hun imperatorluğu tərkibində Ön Asiyaya dönən türk tayfalarının ilkin vətəninin Ön Asiya olduğunu yeni fakt və dəlillərlə təsdiq etmiş oldu. Doğrudur, Q.Ə.Qeybullayev özü bu nəticəyə gəlməmişdi, lakin onun məhsuldar yaradıcılığı bizə belə bir nəticəyə gəlmək üçün əsaslar verdi.

Tarixçilərin dolaşdırdığı digər mühüm problem madalıların (midiyalıların) kimliyi məsələsidir. E.ə.IX əsrin 30-cu illərindən tarix səhnəsinə çıxan madalılar və Mada dövləti bu yerlərdə azı 100 il sonra görünməyə başlayan və Madanın mərkəzdən uzaq ətraf əyalətlərində dolaşan irandilli tayfaların adına çıxılır, əzəmətli Mada dövləti elmi xəyanətlə İran dövləti kimi təqdim edilir. “Tarix” yazanların bu cür mövqeyi dilimizin və xalqımızın mənşəyini daha dərin girdaba salır. Azərbaycanın aborigen tayfalarının - kutilər, lullular, sular, turukkilər, kaslar, kaspilər, mağlar, utilər, mannalılar, madalılar, albanlar və b-nın, sakların, skiflərin, kimmerlərin mənşəyi qəsdən dolaşdırılır, ümumxalq Azərbaycan dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül tarixi qəsdən geri çəkilir, azəri dili anlayışı düşmən mövqeyindən izah edilir, Anadolu və azəri dillərinin müqayisəyə gəlməz tarixi və təkamül yolu eyni ölçülü sayılır.
Fikirlərimiz bir sıra məsələlərin həllində Y.B.Yusifov, Q.Ə.Qeybullayev,T.İ.Hacıyev və b.-nın fikirləri ilə üst-üstə düşür. Onların əsərlərindən, xüsusilə Q.Ə.Qeybullayevin etimoloji araşdırmalarından tənqidi şəkildə daha çox faydalanmışıq. Məqsədimiz e’tinasızlıqdan az qala üzərini kül basmış bu ocağın üzərindəki külü üfürüb altındakı odu oxuculara göstərmək və öz fikirlərimizi bu odun işığında izah etmək olmuşdur. Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyini düzgün araşdırıb ortaya çıxarmaq işini özləri üçün həqiqi vətəndaşlıq borcu sayan bir sıra başqa alimlərimizin - Z.Bünyadov, Ə.Dəmirçizadə, S.Əliyarov, T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə, Z.Həsənov, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.-nın axtarışları, bir sıra ziddiyyətli mülahizələrinə baxmayaraq, fikirlərimizə dayaq olub. Qeyd etdiyimiz alimlərin əsərlərində problemin qoyuluşu birtərəfli olduğu üçün sona çatdırılmır - türk dilinin tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır, neçə min illik ilkin mərhələ nəzərə alınmır. Bizə qədərki mərhələdə Ön Asiyada türklərin tarixi zəngin faktlar əsasında Şumerə çatdırılmışdır. Şumerin içərilərinə girməyə lazımi şəkildə cəsarət etməmişlər. Çünki keçən onilliklərdə şumer və türk yaşıdlığının sübutunun özü dahiyanə xidmət idi. Artıq onların böyük xidməti ilə hasil olan materiallar şumer-türk mənşə birliyini ortaya qoymaq üçün əsaslar verdi. Bunu bu vaxta qədərki leksik müqayisələrdən morfoloji və sintaktik araşdırmalara keçilməsi nəticəsində aşkara çıxarılan sistemli türk-şumer struktur eynilikləri sübut etdi. Bütün bunlar bizdə türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğuna şübhə yeri qoymadı.
XX əsrin 40-cı illərində prof. Ə.Dəmirçizadə “Azərbaycan dilinin tarixi” əsərini yazdı. Professorun çapı uğursuz olan bu kitabında uzaq səfəri Midiya xüsusi adlarına olmuşdur. O vaxtdan keçən müddət ərzində aşkara çıxarılan zəngin materiallar daha uzaq keçmişə üz tutmağa imkan yaratdı. Lakin mixi yazıların çoxu hələ də öyrənilməmişdir. Ona görə də axtarışlar davam etdirilməlidir. Hər bir yeni əsər sonrakı üçün yol açır, onun qüsurlarının tənqidi prosesində yeni fikirlər doğulur, yeni düşüncə əsərdəki yeniliklərlə qanadlanır, nəticədə elm irəliləyir, həqiqət aşkar olur. Biz də bu niyyətlə bu mürəkkəb problemləri bir yerə toplayıb faktlardan aldığımız təəssürat əsasında qəlbimizdən keçənləri kitaba köçürdük. Qoy vətənsevər gənc alimlərin könlünə ilham versin, oxucuların keçmişə nəzər yoluna işıq saçsın...

Müəllif 5.IV.2003  

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 737     Sentyabr 16, 2007 10:24    

birini sevdim

altay     Sentyabr 16, 2007 9:37

Hala uyumamışam

Zatən o qədər uyuyan var ki

Mənə gərək yox

Labratuarın baxıncasından sərin bir rüzgar Təbrizə sarı götürür məni.o sevdiyim toprqlara.buranı heç sevmədim ki ana

Buralar nədən bu qədər sıcaq bilirsənmi?sankı hər nə damoya ayid.burada hər kəs türk ama Tehran bizim topraq deyil,bu da bir acı.

Tehranın sıcağından,phenolun qoxusundan cana gəldim ana.səhəndin sazağını,mişovun qoxusunu özlədim.qıratı,qaraxan yürdünü,qaraçorluları ərki özlədim.bu il babəkin doğum günü də orda deyilim.nədən mən?nədən biz məhkum olduq bu sürgünə?

Abtalliq yapdıq ana.hepimiz.bizlər damoya,yağılarsa bizim topraqlara köçdülər.zatən biz o cənnətləri hak etmədik. atalarımıza nə diyəcəyik? Urmu.sulduz,xana, makı vb.

Ana bu damoda bir qaragilə də buldum ama nə yazıq ki tehranın küçələri dolan ba dolan deyil.merak etmə üstəlik o məni bulamadı ki.öz hissini dustaq eliyən bəxtiyar olmaz.

hər şeyə rağmən yaşıyıram.bu günlər`ernesto`nun tam kopyası olmuşam.bir görsən məni?

Günəş çıxmaq üzərə.uyumalıyam.ama nasıl?bilmirəm

Nə yapalım allah Türkü qorusun

.

.

.

bu da özümdən

Təbriz

qoca    

yağmurlu       

və rüzgarlı           

Keşkə rüzgarla dolaşan yağmurcuqlar qədər

dinləsəydin məni                                        

...

Səhənd

uzaq    

hündür        

və qarlı           

Keşkə avucunda əriyən qar tanesi qədər

duysaydın məni                                      

...

caddə

uzun    

incə       

və qara         

Keşkə ən sevimsiz yollar qədər

yürüsəydin məni                            

...

Yaşam

 iti    

kəskin      

və acı         

Keşkə ənazı rüyalarında

dənəsəydin məni              

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 81     Sentyabr 16, 2007 9:37    

  Yazılar cəmi: 7   

Blog Haqqında

altay
Hər türk on kişiyə bərabərdi-dedilər

Hayır dedi ,Mustafa kəmal atatürk

Hər türk bir dünya deməkdir



Sən 54 yaşlı,mənsə 45 yaşında

Söylə hardandı səndə bu mətanət,bu qudrət ?

Yoxsa od kürəsi var ürəyinin başında

Qələmin ildırımdı,özün bambaşqa cür`ət



Tükəndi dəftər-qələm gecə-gündüz yazırsan

Qaralayıb pozursan,pozub bir də yazırsan

Dərdi büküb qoymusan dizlərinin altına

Arslan kibi,şir kibi hər döyüşə hazırsan



Dəmir-beton duvardan dırnaq boyda qopartdım

Tas içində göllənən yağış suyuna atdım

Dedim:-bu sorğulara cavab almaqçün ,inan

Türk olmalı anadan,sən türk doğulmalısan



Xəlil rza ulutürk

moskova,lefortovo zindanı

cümə axşamı,1mart1990


Axtarış

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 196
  • Dünənki hit: 1
  • Bugünki hit: 5
  • Ümumi hit: 2281

Müxtəlif


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com